...

Misirdə yeni təyinat: SQ-in Qərargah rəisi dəyişdirildi

Dünya xəbərləri Materials 28 Oktyabr 2017 21:19 (UTC +04:00)
Misir prezidenti Əbdül Fəttah əs-Sisi şənbə günü ölkənin Silahlı Qüvvələrinin yeni Qərargah rəisini təyin edib.
Misirdə yeni təyinat: SQ-in Qərargah rəisi dəyişdirildi

Bakı. Trend:

Misir prezidenti Əbdül Fəttah əs-Sisi şənbə günü ölkənin Silahlı Qüvvələrinin yeni Qərargah rəisini təyin edib.

Trend-in məlumatına görə, qeyd olunan vəzifəyə Məhəmməd Fərid Hiqazi təyin olunub. Əvəz olunan general-leytenant Mahmud Hiqazi isə strateji planlaşdırma və böhranların idarə olunması üzrə prezidentin müşaviri postunu tutacaq.

Qeyd edək ki, yeni SQ-in Qərargah rəisi öncə qurumun baş katibi və müdafiə nazirinin köməkçisi olub. O, prezidentin əmri ilə general-leytenant rütbəsinə qədər yüksəldilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti