...

Fransada müsəmanlara namaz qılmaq qadağan olundu - KÜÇƏDƏ

Dünya xəbərləri Materials 20 Noyabr 2017 18:19 (UTC +04:00)
Fransanın daxili işlər naziri Jerar Kollon bəyan edib ki, polis şəhər küçələrində namaz qılınmasına mane olacaq
Fransada müsəmanlara namaz qılmaq qadağan olundu - KÜÇƏDƏ

Bakı. Trend:

Fransanın daxili işlər naziri Jerar Kollon bəyan edib ki, polis şəhər küçələrində namaz qılınmasına mane olacaq.

Trend-in məlumatına görə, naizirin sözlərinə görə, Fransa şəhərlərinin küçələrində kütləvi dini mərasimlər qadağan olunub.

Qeyd olunur ki, bu qərar bir müddət əvvəl Paris yaxnlığındakı Klişi-la-Qarenn qəsəbəsində baş vermiş insidentlə bağlıdır. Noyabrın 10-u burada 100-ə yaxın mer, millət vəkili və məmur yürüş keçirərək kütləvi dini ayinlərin ləğv olunmasını tələb edib. Yürüş zamanı onlar Fransa himnini səsləndirərək kütləvi namaz qılanlara mane olmağa çalışıb.

Xəbər lenti

Xəbər lenti