Bakı. Trend:
Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri ABŞ-ı İŞİD-i dəstəkləməsində ittiham edib.
Trend-in məlumatına görə, o, bu barədə Suriya üzrə 2 günlük xüsusi görüşün yekunları haqqında çıxışı zamanı deyib.
B.Cəfəri bildirib: "İŞİD-i yaradan, onları maliyyələşdirən və qoruyan, İŞİD tərəfində döyüşən, Suriyanın suverinliyini pozan, beynəlxalq qanun və konvensiyaları inkar edən, əllərində Suriya xalqının qanı olan bir ölkə necə siyasi həlli və Suriyanın gələcəyi haqqında danışa bilər?"