...

Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir

Dünya xəbərləri Materials 29 Yanvar 2018 17:35 (UTC +04:00)
ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir.
Xameneyinin baş müşaviri: ABŞ Suriyanı Fəratın şərqindən bölmək istəyir

Bakı. Trend:

ABŞ Suriyanı Fərat çayının şərqindən bölmək istəyir.

Trend-in məlumatına görə, bunu İranın ali lideri Ayətullah Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti BMT-nin İraqdakı təmsilçisi Yan Kubişlə görüşündən sonra mətbuat konfransında deyib.

Ə.Ə.Vilayəti qeyd edib ki, Vaşinqton nəzarətindəki terrorçu qruplarla birgə Fəratın şərqində dövlət qurmaq üçün hərəkata keçib:

"Lakin ABŞ və müttəfiqləri bölgədə əvvəlki qədər güclü deyil. Region xalqları Pentaqonun planlarının həyata keçməsinə imkan verməyəcək".

Tehranın Suriyanın ərazi bütövlüyünü dəstəklədiyini deyən baş müşavir ABŞ-n ssenarilərinin bitmədiyini vurğulayıb və İsraillə Səudiyyə Ərəbistanının da "parçalanmış Suriya" layihəsini dəstəklədiyini ifadə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti