Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyənin şərqində Van vilayətində narkotacirlərə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
Trend-in məlumatına görə, bu barədə vilayət polisi xəbər yayıb.
Məlumatda qeyd edilir ki, əməliyyat çərçivəsində 59 kiloqram heroin müsadirə edilib.
Eyni zamanda 3 nəfərin saxlanıldığı bildirilir.