...

Türkiyə və Rusiya Suriyada səhra hospitalı yaradacaqlar

Dünya xəbərləri Materials 4 Aprel 2018 17:46 (UTC +04:00)
Türkiyə və Rusiya Suriyada səhra hospitalı yaratmaq niyyətindədir.
Türkiyə və Rusiya Suriyada səhra hospitalı yaradacaqlar

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyə və Rusiya Suriyada səhra hospitalı yaratmaq niyyətindədir.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Suriya üzrə sammitin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Sammitdə Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani də iştirak ediblər.

R.T.Ərdoğan qeyd edib ki, V.Putinlə suriyalılar üçün çörək sexinin yaradılması da müzakirə olunub:

"Mən, həmçinin terrorçulardan azad edilmiş ərazilərdə suriyalılar üçün yaşayış məntəqəsinin yaradılmasını təklif edirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti