Bakı. Trend:
Mart ayında Meksika ilə ABŞ sərhədində həbs olunan qeyri-leqal miqrantların sayı təxminən 55 min nəfər təşkil edib.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibinin müavini Xoqan Qidli bildirib.
Onun sözlərinə görə, ötən ilin mart ayı ilə müqayisədə bu göstərici 200 faiz artıb.
X.Qidli bildirib ki, qeyri-leqal miqrantların sayının artması Donald Trampın prezidentliyi dövründə ABŞ-da iqtisadi vəziyyətin yaxşılaşması və dövlət başçısının sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək planları ilə bağlıdır.