...

Türkiyədə bir neçə zəlzələ baş verib

Dünya xəbərləri Materials 3 May 2018 08:38 (UTC +04:00)

Bakı. Trend:

Türkiyədə bu gün səhər saatlarında bir neçə zəlzələ baş verib.

Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, yerli vaxtla saat 05:30 Bolu vilayətində 3,8 bal gücündə zəlzələ olub. Zəlzələ ocağının dərinliyi 8 kilometr təşkil edib.

İki dəqiqə sonra vilayətdə bir daha zəlzələ baş verib. Bu dəfə zəlzələnin gücü 4 bal olub. Ocağın dərinliyi - 5 kilometr.

Qeyd olunur ki, Çanaqqala vilayətində 05:04-də 4,3 bal gücündə zəlzələ olub. Zəlzələ ocağının dərinliyi 7 kilometr təşkil edib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti