Bakı. Trend:
İlk xəbər 10:38-də yayılıb
Keniyada su bəndinin partlaması nəticəsində ölənlərin sayı 38-ə çatıb.
Bundan əvvəl, hadisə nəticəsində 27 nəfərin öldüyü və 39 nəfərin yaralandığı deyilirdi.
XXX
Keniyada "Patel" bəndində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 20 nəfərin öldüyü bildirilir.
Yerli "Qızıl Xaç" 39 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat verib. İtkin düşənlərin də olduğu qeyd edilir.
Nakuru vilayətində baş vermiş insident nəticəsində 300-dən çox ailənin evsiz qaldığı bildirilib.
Hazırda yerli hakimiyyət bəndin partlaması ilə vurulan ziyanın miqdarını hesablayır. Bəndin dağılmasına səbəb olaraq aramsız yağışlar göstərilir.