...

Konqoda Ebola dərdi böyüyür - 28 nəfər yoluxdu

Dünya xəbərləri Materials 22 May 2018 17:13 (UTC +04:00)

Bakı. Trend:

Konqo Demokratik Respublikasının qərbində Ebola virusuna yoluxma halları 28-ə çatıb.

Trend-in məlumatına görə, daha yeddi yoluxma halı İboko şəhərində qeydə alınıb.

Bundan başqa, 23 yoluxma şübhəsi faktı araşdırılır. Vanqata şəhərində isə Eboladan bir nəfərin ölümü təsdiqlənib.

Qeyd edək ki, ötən gündən başlayaraq Konqo DR-də peyvəndləmə başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti