Bakı. Trend:
Malayziyanın yeni baş naziri Mahathir Məhəmməd hakimiyyətə gəldiyi ilk iki həftə ərzində bir sıra dövlət qurumlarının ləğv olunması və nazirlərin əmək haqlarının 10 faiz azaldılması barədə qərar verib.
Trend-in məlumatına görə, qərara əsasən, Xarici Kəşfiyyat Təşkilatı, Milli İnnovasiyalar Agentliyi, Yerüstü Nəqliyyat Komissiyası, Müəllimlər və Professorlor Milli Şurası kimi Şurası ləğv edilib.
Qeyd olunur ki, bu qurumların bəziləri müəyyən nazirliklərin tabeliyinə keçəcək.
Bundan başqa, nazirlərin əmək haqlarının artırlması barədə ötən il qəbul edilmiş qərar M.Məhəmməd tərəfindən ləğv edilib.