...

Putin Yeltsinin kürəkəninə vəzifə verdi - Müşavir

Dünya xəbərləri Materials 22 İyun 2018 16:20 (UTC +04:00)
Rusiya Prezidenti Vladimir Putin Valentin Yumaşevi ictimai əsaslarla özünə müşavir təyin edib.
Putin Yeltsinin kürəkəninə vəzifə verdi - Müşavir

Bakı. Trend:

Rusiya Prezidenti Vladimir Putin Valentin Yumaşevi ictimai əsaslarla özünə müşavir təyin edib.

Bu barədə Trend Kremlin mətbuat xidmətinə istinadən məlumat verir.

Qeyd edək ki, V.Yumaşev Rusiyanın ilk Prezidenti Boris Yeltsinin kürəkənidir. O, 1997-ci ilin martından 1998-ci ilin dekabrına qədər Kreml administrasiyasının rəhbəri olub.

Xatırladaq ki, bir qədər əvvəl V.Putin Çeçenistan Respublikasının hökumət başçısı Abubakar Edelgeriyevi Rusiya Prezidentinin müşaviri vəzifəsinə təyin edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti