...

Tunisdə ilk qadın mer seçildi

Dünya xəbərləri Materials 3 İyul 2018 17:01 (UTC +04:00)
Tunisin paytaxtı Tunis şəhərinin meri tarixdə ilk dəfə qadın olub
Tunisdə ilk qadın mer seçildi

Bakı. Trend:

Tunisin paytaxtı Tunis şəhərinin meri tarixdə ilk dəfə qadın olub.

Trend-in məlumatına görə, iyulun 3-də keçirilmiş seçkilərdə Ən-Nəhda partiyasının namizədi Suad Əbdürrəhim öz rəqibini 4 səs üstələyərək qalib gəlib.

Onun partiyası da ölkə üzrə bələdiyyə seçkilərində 2135 məntəqədə üstün olub.

Bələdiyyə seçkiləri ölkədə “Ərəb baharı”ndan sonra ilk dəfə baş tutub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti