Bakı. Trend:
Ukrayna prezidenti Petro Poroşenko və ABŞ dövlət katibi Mayk Pompeo telefon danışığı keçiriblər.
Trend-in ABŞ Dövlət Departamentinin məlumatına istinadən verdiyi xəbər əsasən, danışıqlar zamanı ikitərəfli münasibətlər müzakirə olunub.
Pompeo Ukraynada korrupsiya ilə mübarizə və Ukraynanın milli təhlükəsizliyi üzrə yeni qanunvericiliyin qəbul edilməsini alqışlayıb. O, həmçinin, BVF-in tələblərini yerinə yetirməyə çağırıb.
Qeyd olunur ki, Pompeo adnışıq zamanı ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini bildirib.