...

Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub

Dünya xəbərləri Materials 2 Sentyabr 2018 23:59 (UTC +04:00)
Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışları nəticəsində 16 nəfər ölüb, daha 12 nəfər ağır xəsarətlər alıb.
Hindistanda 16 nəfər leysan yağışların qurbanı olub

Bakı. Tural Turan - Trend:

Son gün ərzində Hindistanın şimalındakı Uttar-Pradeş ştatında leysan yağışları nəticəsində 16 nəfər ölüb, daha 12 nəfər ağır xəsarətlər alıb.

Trend-in məlumatına görə, yerli hakimiyyət orqanlarına istinadən verilən məlumata görə, 6 nəfər ildırımın qurbanı olub, digərləri isə torpaq sürüşməsinin və kənddə ağacın evin damı üstünə aşması nəticəsində ölüblər.

Regionda təbii hadisə nəticəsində ümumilikdə 460-dan çox ev zərər çəkib.

Hindistanda musson yağışlar iyundan sentyabrın ortalarına qədər davam edir.

Rəsmi məlumata görə, bu il ərzində 1000-dən çox insan leysan yağışların qurbanı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti