İlk xəbər saat 14:25-də yayımlanıb
Bakı. Trend:
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş vermiş partlayışda ölənlərin sayı 13 nəfərə çatıb. Trend-in məlumatına görə, yaralı sayı da artıb. Belə ki, son məlumata görə, partlayışda yaralananların sayı 40 nəfərə çatıb.
X X X
Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində partlayış baş verib.
Trend-in məlumatına görə, hadisə nəticəsində azı 7 nəfər həlak olub, daha 12 nəfər xəsarət alıb.
Bildirilir ki, partlayış parlament seçkiləri ərəfəsində namizədlərdən birinin seçicilərlə görüşü zamanı törədilib.
Partlayışla bağlı hələlik məsuliyyəti üzərinə götürən olmayıb.