...

Şahruddan Rusiyaya 916 ton üzüm konsentratı ixrac olunub

Dünya xəbərləri Materials 3 Noyabr 2018 22:32 (UTC +04:00)
Ötən üç ay ərzində İranın Şahrud Tohid zavodunun 916 ton üzüm konstantratı Rusiyaya ixrac olunub.
Şahruddan Rusiyaya 916 ton üzüm konsentratı ixrac olunub

Bakı. Trend:

Ötən üç ay ərzində İranın Şahrud Tohid zavodunun 916 ton üzüm konstantratı Rusiyaya ixrac olunub.

Trend-in "İRNA" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu Simnan vilayəti Kənd Kooperasiyası Birliyinin (Union Rural Cooperative of Semnan) icraçı direktoru Cəfər Corablu deyib.

Onun sözlərinə görə, Rusiyaya ixrac etmək üçün ehtiyac duyulan konsentrat Şahrud rayonu, Fars və Şimali Xorasan vilayətlərindən satın alınan 3 min 664 ton 377 kiloqram üzümlə təmin olunub.

Corablu Şahrudun Tohid zavodunun ehtiyac duyduğu məhsulun 70-i, 2 min 383 ton 706 kiloqram üzümün satın alındığını bildirib.

Şahrudun Tohid Konsentrat Zavodu fəaliyyətə başladığı 2007-ci ildə 5 min ton üzüm, 3 min ton alma emal edib.

2007-2013-cü illər arasında bu zavod ildə orta hesabla 3 min ton meyvə şirəsi istehsal edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti