Bakı. Trend:
Qvatemalada "Fueqo" vulkanı bu il ərzində ikinci dəfə fəallaşıb.
Trend-in məlumatına görə, vulkanın püskürməsi nəticəsində dəniz səviyyəsindən 5 min metr hündürlüyə kül sovrulub.
Bildirilir ki, bölgədə “qırmızı həyəcan” səviyyəsi elan olunub.
Qeyd edək ki, bu ilin iyununda "Fueqo" vulkanının püskürməsi nəticəsində 160-dan çox şəxs həyatını itirmişdi.