Bakı. Elnur Bağışov - Trend:
Fars körfəzi sularında, Əsəluyə limanından 16 mil məsafədə yanan gəminin 2 dənizçisinin meyiti tapılıb.
Trend-in məlumatına görə,İranın Buşehr vilayəti Limanlar və Dənizçilik İdarəsinin baş direktoru Siyavuş Ərcüməndzadə deyib ki, “Əli 20” xidmətlər gəmisində baş verən yanğın artıq söndürülüb.
Qeyd edək ki, gəmi yanğını ötən gecə baş verib. Hadisə zamanı 9 nəfər xilas edilib. 2 nəfər isə itkin düşüb.