...

Livan hərbçiləri 27 Suriya vətəndaşını xilas ediblər

Dünya xəbərləri Materials 29 Noyabr 2018 05:16 (UTC +04:00)
Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində oğurlanmış Suriya vətəndaşlarının azad edilməsi üzrə əməliyyat keçiriblər
Livan hərbçiləri 27 Suriya vətəndaşını xilas ediblər

Bakı. Trend:

Livan ordusunun bölmələri Bekaa vadisinin qərbində oğurlanmış Suriya vətəndaşlarının azad edilməsi üzrə əməliyyat keçiriblər.

Trend-in məlumatına görə, bu barədə Livan ordusunun mətbuat xidmətindən bildiriblər.

Mətbuat xidmətinin məlumatında deyilir: "Baalül yaşayış məntəqəsində fermada girovların olması barədə xəbər aldıqdan sonra operativ tədbirlər həyata keçirilib və 27 Suriya vətəndaşı azad edilib".

Bildirilir ki, suriyalıları pul almaq məqsədilə qaçıran 3 Livan vətəndaşı saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti