Bakı. Tural Turan - Trend:
Sakit okeanda Alyaska sahillərində 6.1 bal gücündə zəlzələ baş verib. Trend-in məlumatına görə, yeraltı təkanlar bu gün yerli vaxtla saat 02:35-də Kold-Bey şəhərindən 116 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 26.9 km dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar barədə məlumat verilməyib.