...

Meksikada yanacaq oğrularının izlənilməsi, onlardan birinin öldürülməsi ilə nəticələndi

Dünya xəbərləri Materials 14 Yanvar 2019 02:48 (UTC +04:00)
Meksikada yanacaq oğrularının izlənilməsi atışma ilə yekunlaşıb, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.
Meksikada yanacaq oğrularının izlənilməsi, onlardan birinin öldürülməsi ilə nəticələndi

Bakı. Trend:

Meksikada yanacaq oğrularının izlənilməsi atışma ilə yekunlaşıb, nəticədə 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, hadisə İdalgo ştatının Tula bələdiyyəsində baş verib. Ölən şəxs oğruluqda şübhəli bilinənlərdən biri olub.

Oğruları hərbçilər izləyib. Hərbçilərə açılan atəş cavab atəş ilə susdurulub və nəticədə bir nəfər öldürülüb, bir nəfər isə yaralanıb.

Daha sonra isə Santa-Ana qəsəbəsinin sakinləri yolu kəsərək, hərbçiləri tutublar. Bir müddət sonra hərbçilər buraxılb. Hal-hazırda qəsəbədə vəziyyətə ordu nəzarət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti