...

Meksikada mikroavtobus yük maşını ilə toqquşub, bir ailənin 11 üzvü həlak olub

Dünya xəbərləri Materials 10 Mart 2019 04:21 (UTC +04:00)
Meksikanın Quanaxuato ştatında mikroavtobus yük maşını ilə toqquşub
Meksikada mikroavtobus yük maşını ilə toqquşub, bir ailənin 11 üzvü həlak olub

Trend-i buradan izləyin

Bakı. Trend:

Meksikanın Quanaxuato ştatında mikroavtobus yük maşını ilə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində mikroavtobusda olan bir ailənin 11 üzvü həlak olub. Bildirilir ki, onlardan 10-u hadisə yerində, 1-i isə daha sonra xəstəxanada həlak olub.

Qeyd edilir ki, qəza La-yedad və Penxamo şəhərləri arasındakı avtomobil yolunda baş verib. Qəzanın səbəbi hələki məlum deyil.

Xəbər lenti

Xəbər lenti