...

İspaniyada parlament seçkilərində sosialist partiyası qalib gəlir

Dünya xəbərləri Materials 29 Aprel 2019 03:09 (UTC +04:00)
İspaniyada növbədənkənar parlament seçkilərində bülletenlerin 98,9%-ı hesablanıb
İspaniyada parlament seçkilərində sosialist partiyası qalib gəlir

Bakı. Trend:

İspaniyada növbədənkənar parlament seçkilərində bülletenlerin 98,9%-ı hesablanıb.

Ölkə parlamentinin sədrinin Pedro Sançesin İspaniya Sosialist İşçi Partiyası (İSİP) bu nəticələrə əsasən qalıb gəlir.

Trend-in məlumatına görə, həmin nəticələrə əsasən partiya Deputatlar Konqresində (parlamentin aşağı palatası) 350 yerin 123-nü tutur. Mühafizəkar Xalq Partiyasına 66, "Vətəndaş" partiyasının payına 57 düşür. Sol koalisiya "Birlikdə edə bilərik" - 42, Voks partiyası - 24 yer toplayıb. Seçkilərdə seçicilərin 75%-i iştirak edib ki, bu da 2016-cı ilin göstəricilərə əsasən (66,48%) çoxdur.

Qeyd edək ki, seçkilər yerli vaxtla 09:00-da başlayıb və saat 20:00-dək davam edəcək. Nəticələrin mayın 13-də elan olunacağı gözlənilir.

Hazırki seçkilərdə 350 yerlik Deputatlar Konqresinin (parlamentin aşağı palatasının) yeni tərkibi və 266 yerlik Senatın (parlamentin yuxarı palatası) 208 üzvü müəyyənləşəcək. Seçilmiş nümayəndələrin səlahiyyət müddəti dörd ildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti