...

Silahlılar sutka ərzində Suriyanın iki vilayətində atəşkəsi pozub

Dünya xəbərləri Materials 2 İyun 2019 00:48 (UTC +04:00)

Baki. Trend:

Silahlılar sutka ərzində Suriyanın Latakiya və Xama vilayətlərində atəşkəsi pozublar, bəzi yaşayış məntəqələri bir neçə dəfə atəşə tutulub.

Trend-in məlumatına görə, bu barədə Suriyada düşmən tərəflərin barışdırılması üzrə Rusiya Mərkəzinin rəhbəri general-mayor Viktor Kupçişin bildirib.

V.Kupçişin qeyd edib: "Sutka ərzində "İdlib deeskalasiya bölgəsində" Latakiya vilayətinin Safsafa (iki dəfə), Naxşebba (iki dəfə), Beyt-Smayra (iki dəfə), Sanceka, Qəstəl-Əl-Borc, Darx-Əbu-Əsəd, Sandran, Mamuxiya, Cübb-Əl-Mqara yaşayış məntəqələrinin və Xama vilayətinin Qalyat-Əl-Mudik yaşayış məntəqəsinin atəşə tutulması qeydə alınıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti