...

Əlcəzairdə ETİRAZ aksiyası - Minlərlə sakin küçələrə çıxdı

Dünya xəbərləri Materials 21 İyun 2019 19:43 (UTC +04:00)
Əlcəzairin paytaxtı Əlcəzair şəhərində hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir
Əlcəzairdə ETİRAZ aksiyası - Minlərlə sakin küçələrə çıxdı

Bakı. Trend:

Əlcəzairin paytaxtı Əlcəzair şəhərində hökumət əleyhinə növbəti etiraz aksiyası keçirilir.

Trend-in məlumatına görə, minlərlə sakin bir sıra məmurların, o cümlədən dövlət başçısı vəzifələrini icra edən Əbdülqədir Bensaleh və baş nazir Nurəddin Bəduinin istefasını tələb edir.

18-ci həftədir ki, davam edən etirazlar zamanı bir neçə nəfər polis tərəfindən saxlanılıb.

Şəhərin bəzi rayonlarında polislə etirazçılar arasında toqquşmaların baş verdiyi deyilir. Mərkəzi meydan və küçələrdə polis qüvvələrinin sayı artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti