...

Dağıstanda İŞİD tərəfdarları zərərsizləşdirilib

Dünya xəbərləri Materials 23 İyun 2019 04:30 (UTC +04:00)

Bakı. Trend:

Rusiyanın Dağıstan Respublikasında İŞİD terrorçu qruplaşmasının iki tərəfdarı zərərsizləşdirilib.

Trend-in məlumatına görə, onlar Rusiyanın hüquq-mühafizə orqanlarına hücum təşkil etməyi planlaşdırırdılar.

Məlumatda bildirilir ki, hüquq-mühafizə qüvvələri tərəfindən terrorçuların olduğu VAZ-2109 markalı avtomobili saxlamaq üçün cəhd göstərilib. Silahı atmaq və təslim olmaq tələbinə cavab olaraq silahlılar atəş açıb.

Qeyd edilir ki, atışma nəticəsində cinayətkarların hər ikisi zərərsizləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti