...

Ermənistanda təbii qaz bahalaşa bilər

Dünya xəbərləri Materials 27 İyun 2019 11:33 (UTC +04:00)
Rusiya hökuməti 2020-ci il yanvarın 1-dən etibarən təbii qazın qiymətini 10 faiz artırmaq niyyətindədir
Ermənistanda təbii qaz bahalaşa bilər

Bakı. Trend:

Rusiya hökuməti 2020-ci il yanvarın 1-dən etibarən təbii qazın qiymətini 10 faiz artırmaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Ermənistan KİV-ləri yazır.

Qeyd olunur ki, budəfəki qiymət artımı birbaşa əhaliyə təsir edəcək. Bu il təbii qazın qiymətinin artırılması “Qazprom Armeniya” şirkətinin hesabına baş vermişdisə, gələn il bunu etmək mümkün olmayacaq.

Erməni mətbuatı yazır ki, Ermənistan hökuməti Rusiya tərəfi ilə danışıqlar aparsa da, bunun müsbət nəticələnəcəyi ehtimalı azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti