...

Polşada partlayış, üç nəfər ölüb

Dünya xəbərləri Materials 6 İyul 2019 19:20 (UTC +04:00)
Polşanın Bıtom şəhərində yaşayış binasında baş verən partlayış zamanı üç nəfər ölüb
Polşada partlayış, üç nəfər ölüb

Bakı. Trend:

Polşanın Bıtom şəhərində yaşayış binasında baş verən partlayış zamanı üç nəfər ölüb.

Trend-in xəbərinə görə, bu barədə şənbə günü yerli hüquq-mühafizə orqanlarından məlumat verilib.

"Hadisə yerli vaxtla saat 13:00 baş verib. Bütün sakinlər təxliyə olunub. Bir qadın və iki uşaq ölüb. Daha dörd nəfər yaralanıb", - Bıtom polisinin mətbuat xidmətindən bildiriblər.

İcra başçısının sözlərinə görə, ehtimal olunur ki, faciəyə qaz sızması səbəb olub. Güclü partlayışdan sonra yanğın baş verib.

Polşanın baş naziri Mateuş Moravetski hadisə yerinə gedib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti