...

Türkiyə SQ İraqın şimalında 61 terrorçunu zərərsizləşdirib

Dünya xəbərləri Materials 7 İyul 2019 03:17 (UTC +04:00)
Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən "Pəncə" əməliyyatı çərçivəsində PKK terrorçularının sığınacaq və silah anbarını məhv ediblər
Türkiyə SQ İraqın şimalında 61 terrorçunu zərərsizləşdirib

Bakı. Trend:

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında həyata keçirilən "Pəncə" əməliyyatı çərçivəsində PKK terrorçularının sığınacaq və silah anbarını məhv ediblər.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, əməliyyat çərçivəsində zərərsizləşdirilən terrorçuların sayı 61-ə çatıb.

Bildirilir ki, əməliyyatın başladığı 27 may tarixindən ötən dövr ərzində 110 ədəd kustar üsulla hazırlanmış bomba, həmçinin terror təşkilatına aid 151 mağara və sığınacaq içərisindəki silah-sursat, o cümlədən ərzaqla birlikdə məhv edilib.

Bundan başqa 18 ədəd AK-47 avtomatı, 11958 AK-47 sursatı, 3 ədəd RPG-7, 24 əl bombası, 3362 kq partlayıcı və digər silah-sursat ələ keçirilib.

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti