...

İran Fars körfəzində daha bir xarici tankeri saxlayıb

Dünya xəbərləri Materials 4 Avqust 2019 14:25 (UTC +04:00)

Bakı. Trend:

İran Fars körfəzində Ərəb ölkələrinə yanacaq daşıyan tankeri saxlayıb.

Trend-in "Al-Mayadeen" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusundan bildiriblər.

Məlumata əsasən, saxlanılan tanker Ərəb ölkələrinə 700 min litr yanacaq daşıyırmış.

Bildirilir ki, tankerin 7 nəfərdən ibarət heyəti həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti