...

Meksikaya "Fernand" yaxınlaşır

Dünya xəbərləri Materials 4 Sentyabr 2019 20:20 (UTC +04:00)

Bakı. Trend:

Atlantik okeanı üzərində formalaşmış “Fernand” tropik qasırğası Meksika sahillərinə yaxınlaşır.

Trend-in məlumatına görə, hazırda qasırğa Tamaulipas ştatından 150 kilometr məsafədədir.

Küləyin sürətinin saniyədə 23 metrdən çox olduğu deyilir. Qasırğa leysan yağışlarla da müşayiət olunacaq.

Meksikanın şimal-şərq sahillərində qasırğa xəbərdarlığı edilir. “Fernand”ın ABŞ-ın Texas ştatına da toxunacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti