...

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

Dünya xəbərləri Materials 14 Oktyabr 2019 14:13 (UTC +04:00)
İsveçin paytaxtı Stokholmda 2019-cu ilin Nobel həftəsi çərçivəsində sonuncu kateqoriya üzrə mükafatlar sahiblərini tapıb
İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

Bakı. Trend:

İsveçin paytaxtı Stokholmda 2019-cu ilin Nobel həftəsi çərçivəsində sonuncu kateqoriya üzrə mükafatlar sahiblərini tapıb.

Trend-in məlumatına görə, iqtisadiyyat üzrə Nobel mükafatına hindistanlı Abicit Banerci, fransalı Ester Düflo və amerikalı Maykl Kremer layiq görülüb.

Onlar qlobal yoxsulluqla mübarizə ilə bağlı səylərinə görə mükafat alıb.

Qeyd edək ki, tibb, fizika, kimya, ədəbiyyat və sülh üzrə Nobel mükafatları dekabrın 10-da, Alfred Nobelin ölümünün ildönümündə qaliblərə təqdim olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti