Bakı. Trend:
Ağ Ev demokratların Nümayəndələr Palatasında ABŞ prezdenti Donald Trampın impiçmentinə səs verəcəklərini gözləyir.
Trend-in "RİA Novosti"yə isitnadən veridyi məlumata görə, bu barədə "Fox News"a müsahibəsi zamanı D.Trampın mətbuat katibi Stefani Qrişem bildirib.
S.Qrişem deyib: "Biz impiçmentin baş verəcəyinə hazırıq. (Nümayəndələr Palatasının spikeri) Nensi Pelosi demokratların Palatada səs verəcəyini aydın şəkildə ifadə edib".
Mətbuat katibi əlavə edib: "Mən bunun qəti baş verəcəyini deməzdim, amma biz bunu gözləyirik".