...

Çilidə prezidenti impiçment etmək üçün yol verilmədi

Dünya xəbərləri Materials 13 Dekabr 2019 03:34 (UTC +04:00)

Bakı. Trend:

Çili Parlamentinin Deputatlar Palatası (aşağı palatası) Çili Prezidenti Sebastian Pinyeraya qarşı ittihamların irəli sürülməsinə razılıq verməyib.

Trend-in məlumatına görə, bu barədə aşağı palatanın mətbuat xidməti bildirib.

İttihamların irəli sürülməməsinə 79 nəfər səs verib, 73 nəfər əleyhinə olub:

"Beləliklə, prezident Sebastian Pinyeraya qarşı heç bir konstitusiya ittihamı irəli sürülməyib".

Qeyd edək ki, parlament üzvləri Pinyeranın konstitusiyanın və hökumət əleyhinə etirazlar zamanı insan hüquqlarının sistematik pozulmasına görə məsuliyyət daşıdığını hesab ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti