Bakı. Trend:
ABŞ Konqresinin Nümayəndələr Palatası vəzifədən sui-istifadə və Konqresin təhqiqatına maneə olmaq maddələri ilə ölkə prezidenti Donald Trampın impiçmentinə səs verib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, səsvermənin nəticələrinə əsasən çoxluq təşkil edən demokratlar D.Trampın impiçmentinə, respublikaçılar isə impiçmentə qarşı səs veriblər.
Nümayəndələr Palatasında səsvermədən sonra iş Senata keçir və Senat D.Trampla əlaqədar məhkəmə prosesi keçirməlidir.
Prezidentin hakimiyyətdən kənarlaşdırılması üçün senatorların üçdə ikisinin səsi olmalıdır. Senatda çoxluq təşkil edən respublikaçılar D.Trampın impiçmentinə səs vermək niyyətində deyillər.