...

Ruhani: Yaponiya ABŞ-ın Fars körfəzi üzrə koalisiyasına qoşulmayacaq

Dünya xəbərləri Materials 21 Dekabr 2019 21:29 (UTC +04:00)
Yaponiya ABŞ-ın Fars körfəzi üzrə yaratdığı koalisiyaya qoşulmaq niyyətində deyil
Ruhani: Yaponiya ABŞ-ın Fars körfəzi üzrə koalisiyasına qoşulmayacaq

Bakı. Trend:

Yaponiya ABŞ-ın Fars körfəzi üzrə yaratdığı koalisiyaya qoşulmaq niyyətində deyil.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu İranın prezidenti Həsən Ruhani Yaponiyaya səfərinin yekunları üzrə çıxışında deyib.

H.Ruhani bildirib: "Yaponiya İranın Hörmüz boğazında sülh üzrə planını dəstəkləyir. Bundan əlavə, Yaponiya Amerikanın bölgədəki təhlükəsizliyi təmin etmək üzrə planlarında iştirak etməyəcəyini açıq şəkildə bildirdi".

İran prezidenti qeyd edib ki, hər iki məsələ üzrə Yaponiyanın mövqeyini alqışlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti