...

Yeni Zelandiyada 18 nəfər vulkan püskürməsi nəticəsində həlak olub

Dünya xəbərləri Materials 13 Yanvar 2020 09:09 (UTC +04:00)
Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində 18 nəfər həyatını itirib
Yeni Zelandiyada 18 nəfər vulkan püskürməsi nəticəsində həlak olub

Bakı. Trend:

Yeni Zelandiyanın Uayt-Aylend adasında vulkan püskürməsi nəticəsində 18 nəfər həlak olub.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkə polisinin rəsmi saytında yerləşdirilən bəyanatda deyilir.

Məlumatda bildirilir: "Polis Uat-Aylenddə vulkan püskürməsi nəticəsində aldığı xəsarətlərdən daha bir nəfərin xəstəxanada öldüyünü təsdiq edə bilər. Bu şəxsin ölümü həlak olanların rəsmi sayını 18 nəfərə çatdırıb".

Qeyd edək ki, Uayt-Aylend adasında vulkan püskürməsi dekabrın 9-u baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti