...

Nümayəndələr Palatası Trampın impiçmenti üzrə işi Senata verib

Dünya xəbərləri Materials 16 Yanvar 2020 00:22 (UTC +04:00)
ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinin iki maddəsinin Senata verilməsinin lehinə səs verib
Nümayəndələr Palatası Trampın impiçmenti üzrə işi Senata verib

Bakı. Trend:

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə prezidenti Donald Trampın impiçmentinin iki maddəsinin Senata verilməsinin lehinə səs verib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, iki maddənin Senata verilməsinin lehinə Palatanın 228 üzvü, əlehinə isə 193 üzvü səs verib.

Səsvermə formal olaraq Palatanın spikeri Nensi Pelosi tərəfindən irəli sürülən və Senatda ittihamı təmsil edəcək yeddi üzvün namizədliyini təsdiq edib. D.Trampın impiçment prosesində ittihamçı qrupa Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin rəhbəri, demokrat Adam Şiff rəhbərlik edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti