...

Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib

Dünya xəbərləri Materials 19 Yanvar 2020 06:19 (UTC +04:00)
ABŞ prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edib və ona bəraət verilməsini tələb edib
Tramp bütün impiçment ittihamlarını qəti şəkildə rədd edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp impiçment ittihamlarını qəti şəkildə rədd edib və ona bəraət verilməsini tələb edib.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Senata impiçment prosesinə çağırışa dair vəkillərin 7 səhifəlik cavabında deyilir.

Sənəddə bildirilir: "Prezident onun üçün mövcud olan bütün mümkün müdafiə hüquqlarını saxlayır... Cavabda və gələcək ifadədə göstərilən səbəblərdən Senat impiçmentə təqdim olunmanı rədd etməlidir".

Sənəddə qeyd edilir ki, Nümayəndələr Palatasında qəbul edilən ittihamlar D.Trampı cinayətlərdə və ya hər hansı bir qanunun pozuntusunda belə rəsmi olaraq ittiham etmir.

Bildirilir ki, prezidentin atdığı addımlar tamamilə qanuni, adekvat olub və milli maraqların irəliləyişi üçün atılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti