Bakı. Trend:
ABŞ prezidenti Donald Trampın vəkilləri impiçment işi üzrə Senatı ölkə liderinə qarşı irəli sürülən ittihamları rədd etməyə çağırıblar.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Senatdakı proses üçün müdafiə tərəfinin hazırladığı sənəddə deyilir.
Vəkillər həmçinin ittihamları "konstitusiyaya və ABŞ demokratik institutlarına təhqir" kimi dəyərləndiriblər.