Bakı. Trend:
Avropa Parlamentinin konstitusiya məsələləri üzrə Komitəsi təcili iclasda Böyük Britaniyanın Avropa İttifaqından çıxması barədə razılaşmanı ("Brexit") təqdir edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, Komitənin 26 üzvündən 23-ü sənədin lehinə, 3-ü isə əlehinə səs verib.
Bildirilir ki, Avropa Parlamentinin plenar iclası razılaşma üzrə yanvarın 29-u səsvermə keçirəcək və bundan dərhal sonra sənəd Avropa İttifaqı Şurası tərəfindən formal olaraq təsdiq ediləcək.
Böyük Britaniya Avropa İttifaqını yanvarın 31-i tərk edəcək.