...

Böyük Britaniya rəsmən Aİ-dən çıxıb

Dünya xəbərləri Materials 1 Fevral 2020 03:35 (UTC +04:00)

Bakı. Trend:

Böyük Britaniya yerli vaxtla saat 23:00-da (03:00 GMT+4) rəsmi olaraq Avropa İttifaqının tərkibindən çıxıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, ölkənin həyatında yeni mərhələnin başlanğıcını Londonun mərkəzində toplaşan minlərlə "Brexit" tərəfdarı sevinclə qarşılayıblar.

Böyük Britaniyanın Aİ-nin tərkibindən çıxmasından sonra 2020-ci ilin dekabr ayının 31-dək davaç edəcək keçid dövrü başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti