...

Bahçeli: Türkiyədə heç bir hərbi çevriliş olmayacaq

Dünya xəbərləri Materials 18 Fevral 2020 15:46 (UTC +04:00)
Türkiyə xalqı, əvvəllər olduğu kimi istənilən hərbi çevriliş cəhdinə qarşı çıxacaq
Bahçeli: Türkiyədə heç bir hərbi çevriliş olmayacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyədə heç bir hərbi çevriliş olmayacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli deyib.

O bildirib ki, ölkədə hərbi çevriliş planlaşdıran və arzulayan qüvvələr öz məqsədlərinə çatmayacaq:

“Türkiyə xalqı, əvvəllər olduğu kimi istənilən hərbi çevriliş cəhdinə qarşı çıxacaq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə KİV-lərində yeni hərbi çevrilişin hazırlanması barədə məlumatlar yayılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti