...

Avropa İttifaqının siyasətçisi koronavirusa yoluxdu

Dünya xəbərləri Materials 19 Mart 2020 16:36 (UTC +04:00)

Bakı. Trend:

Avropa İttifaqının Böyük Britaniya ilə “Brexit” danışıqları üzrə səlahiyyətli nümayəndəsi Mişel Barnye koronavirusa yoluxub.

Trend-in məlumatına görə, bunu siyasətçi öz “Twitter” səhifəsində yazıb.

O, koronavirus üçün testdən keçdiyini və nəticənin müsbət olduğunu bildirib.

M.Barnye özünü yaxşı hiss etdiyini və könüllü şəkildə karantinə alındığını qeyd edib.

Xatırladaq ki, bu günə qədər Böyük Britaniyada 2 626 nəfər koronavirusa yoluxub, 104 nəfər isə vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti