...

Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Dünya xəbərləri Materials 25 Mart 2020 09:23 (UTC +04:00)
Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib
Rusiyada 7,6 bal gücündə zəlzələ - Sunami təhlükəsi var

Bakı. Trend:

Rusiyanın Saxalin vilayətində Rixter cədvəli ilə 7,6 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlarla əlaqədar sunami həyəcanı elan olunub.

Severo-Kurilsk şəhərində 400-ə yaxın sakin təxliyə olunub. Bəzi tikililərdə dağıntılar qeydə alınıb.

Son məlumatlara əsasən, sunaminin bir neçə dalğası sahilə vurub. Onun ilkin hündürlüyü 50 santimetr olub. Növbəti dalğaların qısa müddətdə yaxınlaşması gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti