...

İtaliyada karantin müddəti uzadılıb

Dünya xəbərləri Materials 11 Aprel 2020 02:29 (UTC +04:00)

Bakı. Trend:

İtaliyada koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə karantin və məhdudlaşdırıcı tədbirlərin müddəti mayın 3-dək uzadılıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransı zamanı ölkənin baş naziri Cuzeppe Konte deyib.

Baş nazir bildirib: "Biz məhdudlaşdırıcı tədbiləri mayın 3-dək uzadacağıq. Bu qərar asan deyil, lakin zəruridir. Əgər biz indi təslim olsaq, hər şeyin yenidən başlaması təhlükəsi var".

C.Konte qeyd edib ki, karantin səbəbilə bağlanan müəssisələrin fəaliyyəti təyin olunan müddətdən tez bərpa edilə bilər: "Biz mayın 3-dən tədricən istehsal və ticarət fəaliyyətinə başlayacağımıza ümid edirik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti