...

Ruhani: İran və Türkiyə arasında ticarət davam etməlidir

Dünya xəbərləri Materials 22 Aprel 2020 23:20 (UTC +04:00)
İran və Türkiyə prezidentləri Həsən Rouhani və Rəcəb Tayyıb Ərdoğan arasında telefon danışığı baş tutub
Ruhani: İran və Türkiyə arasında ticarət davam etməlidir

Bakı. Trend:

İran və Türkiyə prezidentləri Həsən Ruhani və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Trend-in İRNA-ya istinadən verdiyi məlumata görə, İran prezidenti Həsən Ruhani Tehran və Ankara arasında ikitərəfli, regional və beynəlxalq əlaqələrin inkişafı, möhkəmləndirilməsi üzərində işləməyin zəruriliyini vurğulayıb.

Telefon danışığı zamanı İran prezidenti Həsən Ruhani və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iki ölkə arasındakı münasibətlərin dostluq, qardaşlıq üzərində olduğunu və iki ölkənin maraqlarını təmin etmək, bölgədə sabitlik, davamlı təhlükəsizlik yaratmaq üçün genişləndiyini bildiriblər.

Tehran və Ankara arasında ikitərəfli, regional və beynəlxalq əməkdaşlıq da vurğulanıb:

"İran və Türkiyə çətin anlarda birlikdə olduqlarını sübut etdilər və bu gün biz əməkdaşlığı genişləndirərək bir-birimizə kömək etməliyik".

İranın koronavirusla mübarizədəki uğurlarına və dəyərli iş təcrübəsinə toxunan H.Ruhani vəzifəli şəxslər arasında qarşılıqlı əlaqənin və bu mövzuda iki ölkənin təcrübələrinin ötürülməsinin vacibliyini vurğulayıb.

İran prezidenti Astana prosesi çərçivəsində razılaşmaların həyata keçirilməsi üçün İran, Türkiyə və Rusiya liderləri arasında məsləhətləşmələrin və danışıqların vacibliyini vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti