Bakı. Trend:
Çin hökuməti koronavirus pandemiyası ilə mübarizədə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) daha 30 milyon dollar vəsait ayıracaq.
Trend-in məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan deyib.
Qeyd edək ki, martın əvvəlində Çin ÜST-ə 20 milyon dollar yardım ayırmışdı.
Bir müddət əvvəl ABŞ ÜST-ün maliyyələşdirilməsini dayandırdığını açıqlamışdı.