...

İranda koronavirusa yoluxanların sayı 87 min nəfəri keçib

Dünya xəbərləri Materials 23 Aprel 2020 13:41 (UTC +04:00)

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən 24 saat ərzində daha 90 nəfər koronavirusdan (COVID-19) ölüb.

Bu barədə Trend İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinə istinadən məlumat verib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpurun sözlərinə görə, ümumilikdə İranda koronavirusdan ölənlərin sayı 5 481 nəfərə yüksəlib.

O əlavə edib ki, ötən sutka ərzində daha 1 030 nəfər koronavirusa yoluxub və beləliklə İranda bu virusa yoluxanların sayı 87 026 nəfərə yüksəlib. Onlardan 3 105 nəfərin vəziyyəti ağırdır.

Nazirlik rəsmisi İranda indiyədək 64 843 nəfərin sağaldığını deyib.

İranda indiyədək koronavirusun diaqnozu ilə əlaqədar 389 mindən çox test həyata keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti